Kalkulyatoru öz saytınıza yerləşdirin
Mühasibat bloqu, xəbər saytı, kredit və ya HR səhifəsi üçün hazır kalkulyatorlar. Kodu kopyalayın, səhifənizə yapışdırın. Pulsuzdur, qeydiyyat tələb etmir, hesablama ziyarətçinin brauzerində aparılır.
Kredit kalkulyatoru
Kredit məbləği, faiz və müddətə görə aylıq ödəniş. Tam versiya: Kredit kalkulyatoru.
Əmək haqqı kalkulyatoru
Brüt maaşdan vergi, DSMF, işsizlik və tibbi sığorta tutulmaları, xalis maaş. Tam versiya: Əmək haqqı kalkulyatoru.
DSMF kalkulyatoru
Brüt maaşa görə işçidən tutulan DSMF (sosial sığorta) haqqı. Tam versiya: DSMF kalkulyatoru.
ƏDV kalkulyatoru
Məbləğə ƏDV əlavə etmək və ya ƏDV-ni məbləğdən çıxarmaq. Tam versiya: ƏDV kalkulyatoru.
Necə yerləşdirilir?
WordPress: yazı və ya səhifədə "Custom HTML" (Xüsusi HTML) bloku əlavə edin və kodu ora yapışdırın.
Digər saytlar: kodu səhifənin HTML-də kalkulyatorun görünməsini istədiyiniz yerə qoyun. Hündürlüyü (height) dizaynınıza görə dəyişə bilərsiniz.
Vergi dərəcələri: qanunvericilik dəyişəndə kalkulyatorları biz yeniləyirik, sizin tərəfdə heç nə etmək lazım deyil.
Sualınız və ya başqa kalkulyator istəyiniz varsa, bizə yazın.